Rusiyalı general döyüşdə ağır yaralandı

img

Rusiyalı general-mayor Oleq Çokov Ukraynada gedən döyüşlər zamanı ağır yaralanıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

“Svatovo yaşayış məntəqəsində 20-ci ümumqoşun ordusunun 114-cü motoatıcı diviziyasının komandiri general-mayor Oleq Çokov yaralanıb. General sentyabrın 20-də təxliyə olunub. 19-20 sentyabr tarixlərində Rostovdakı hərbi hospitala 105 hərbi qulluqçunun meyiti aparılıb”, - deyə məlumatda qeyd olunub.

Xəbəri paylaş: