Sabiq məmur rüşvətə görə edam ediləcək

img

Çinin ictimai təhlükəsizlik nazirinin keçmiş müavini Sun Licün edam cəzasına məhkum edilib.

 

Rezonans.az xəbər verir ki, məhkəmədə sabiq məmurun külli miqdarda rüşvət alması, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək maliyyə bazarlarını manipulyasiya etməsi və odlu silah gəzdirməsi ittihamları sübuta yetirilib.

 

Qərara əsasən, edam cəzası 2 il sonra icra olunacaq.

 

Məlumata görə, dövlət ittihamçıları sabiq nazir müavininin 2001-2020-ci illərdə Şanxay meriyasında və İctimai Təhlükəsizlik Nazirliyində müxtəlif vəzifələrdə çalışarkən rüşvət müqabilində ayrı-ayrı şəxslərin biznes fəaliyyəti və işə düzəlmələri üçün qeyri-qanuni dəstək göstərməsinə dair dəlilər təqdim ediblər.

 

Sun Licün cinayət əməllərini etiraf edib və peşman olduğunu deyib.

Xəbəri paylaş: