Rusiyalı deputatlar müharibəyə getmək istəyir

img

Rusiya parlamentinin 4 deputatı Ukraynada gedən döyüşlərə qoşulmaq üçün müraciət edib.

 

Rezonans.az xəbər verir ki, bu barədə Vahid Rusiya Partiyasının katibi, Federasiya Şurasının sədr müavini Andrey Turçak bildirib. 

 

Onun sözlərinə görə, Dövlət Dumasının Sağlamlığın Mühafizəsi Komitəsinin rəhbəri Dmitri Xubezov, Müdafiə Komitəsinin sədr müavini Dmitri Sablin, Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin sədr müavini Vitali Milonov və İqtisadi Siyasət Komitəsinin sədr müavini Sergey müharibəyə getmək istəyir.

 

Qeyd edək ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib. Bu qərar böyük etirazlara səbəb olub. Səfərbərliyə etiraz edən mindən çox Rusiya vətəndaşı polis tərəfindən saxlanılıb.

Xəbəri paylaş: