UEFA Musa Qurbanlının fotosunu paylaşdı

img

UEFA Avropa Liqasının rəsmi tviter səhifəsi Ağdamın “Qarabağ” klubunun futbolçusu Musa Qurbanlının fotosunu paylaşıb.

 

Rezonans.az xəbər verir ki, futbolçunun “Zirə” ilə oyunda vurduğu qoldan sonra etdiyi hərəkəti əks etdirən fotoya “Qarabağ” = beynəlxalq fasilədə liqanın zirvəsi” başlığı verilib.

 

Xatırladaq ki, “Qarabağ”ın futbolçusu M.Qurbanlı “Zirə”yə 7:1 hesabı ilə qalib gəldikləri görüşdə 4 qol vurub.

Xəbəri paylaş: