Milli Məclis bu sazişi ratifikasiya edəcək

img

Milli Məclis Azərbaycanla Özbəkistan arasındakı daha bir sazişi ratifikasiya edəcək.

 

Rezonans.az-ın məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında” preambula və 14 maddədən ibarət olan saziş Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

 

Bildirilib ki, 14 maddədən ibarət olan Saziş 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanıb.

 

Müzakirə edilən qanun layihəsində sazişin müddəalarına uyğun olaraq tərəflər sənaye mülkiyyəti obyektlərinə dair hüquqların mühafizəsi və istifadəsi ilə bağlı məsələlərin tənzimlənməsi, bu sahə üzrə qarşılıqlı fəaliyyət, sənaye mülkiyyətinin mühafizəsi sahəsində informasiya və təcrübə mübadiləsi və digər sahələr üzrə əməkdaşlıq edəcəklər.

Xəbəri paylaş: