Qaribaşvili BMT-dən Bakı və İrəvana SƏSLƏNDİ

img

Gürcüstan regionda sülhə nail olmaq üçün Ermənistanla Azərbaycan arasında vasitəçi olmağa hazırdır.

 

Rezonans.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 77-ci sessiyasında deyib.

 

Baş nazir çıxışı zamanı bir çox aktual məsələlərə, o cümlədən Cənubi Qafqazda cərəyan edən proseslərə toxunub.

 

“Biz regiondakı çətin vəziyyətə baxmayaraq, qonşular arasında münasibətlərin yaxşılaşdırılması üçün səylərimizi əsirgəmirik. Bu ilin iyul ayında Gürcüstanda ilk dəfə olaraq Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında məhsuldar müzakirələr keçirilib. Regionumuzda bu qədər vacib olan sülh və sabitliyin bərqərar olması üçün dialoq mərkəzi kimi qəbul olunmağa hazırıq. Bu məqsədlə Gürcüstan Cənubi Qafqazın hər üç ölkəsinin iştirakını nəzərdə tutan sülhsevər qonşuluq təşəbbüsünə öz töhfəsini verir”, - deyə hökumət başçısı vurğulayıb.

Xəbəri paylaş: