Ukrayna daha bir yaşayış məntəqəsinə nəzarəti bərpa etdi

img

Ukrayna hərbçiləri Donetsk vilayətinin Liman rayonunun Yatsovka yaşayış məntəqəsini Rusiya hərbçilərindən azad edib.

 

Rezonans.az UNN-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Baş İdarəsi rəisinin müavini Oleksiy Qromov sentyabrın 23-də brifinqdə məlumat verib.

 

Onun sözlərinə görə, Ukrayna müdafiə qüvvələri bölmələrinin hücumu nəticəsində Yatsovka yaşayış məntəqəsi üzərində nəzarət bərpa edilib: "Bu kənd Xarkov vilayəti istiqamətindən Oskol çayının o biri tayında yerləşir".

 

O.Qromov bildirib ki, Ukraynanın şərqində vəziyyət ağır olsa da, hələ ki nəzarətolunandır.

 

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi bu il fevralın 24-də başlayıb.

Xəbəri paylaş: