Ukraynadan daha 11 ərzaq gəmisi yola düşüb

img

Sentyabrın 23-də ərzaq məhsulları daşıyan 11 gəmi “Odessa”, “Çornomorsk” və “Cənub” limanlarını tərk edib.

 

Rezonans.az xəbər verir ki, bu barədə Ukrayna İnfrastruktur Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, gəmilərin göyərtəsində ümumilikdə 201 min ton kənd təsərrüfatı məhsulu var. Gəmilər Asiya, Afrika ölkələrinə yola salınıb.

 

Məlumata görə, taxıl dəhlizi işə başlayandan bəri Ukraynanın 4,58 milyon ton kənd təsərrüfatı məhsulu ixrac edilib. Ümumilikdə avqustun əvvəlindən Asiya, Avropa və Afrika ölkələri üçün kənd təsərrüfatı məhsulları daşıyan 203 gəmi Ukrayna limanlarını tərk edib.

 

Xatırladaq ki, iyulun 22-də Ukrayna, Rusiya, Türkiyə və BMT Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli saziş imzalayıb. 

Xəbəri paylaş: