Təbriz Universitetində dərslər dayandırıldı

img

İranın Şərqi Azərbaycan əyalətinin Təbriz şəhərindəki universitetdə dərslər sentyabrın 24-dən etibarən qeyri-müəyyən vaxtadək dayandırılıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə Günaz TV məlumat yayıb.

 

Tədrisin dayandırılmasının səbəbi açıqlanmayıb. Bu addımın İrandakı etiraz aksiyaları ilə əlaqəli olduğu bildirilir.

 

Qeyd edək ki, İranda hicab qaydasını pozduğuna görə 22 yaşlı Məhsa Əmini əxlaq polisi tərəfindən döyülərək öldürülüb. Bu hadisədən sonra ölkədə kütləvi etirazlar başlayıb.

Xəbəri paylaş: