Şirvanda evlərdən oğurluq edən şəxs həbs olundu

img

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində gecə saatlarında şəhər ərazisində yerləşən üç fərdi yaşayış evindən oğurluq etməkdə şübhəli bilinən Sabirabad rayon sakini Elmar Həsənov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Rezonans.az-a verilən məlumata görə, dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməllərini etiraf edərək qanunsuz daxil olduğu evlərdən pul və qızıl zinət əşyaları oğurladığını bildirib.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi başlanılıb, E.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib. Onun digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.

Xəbəri paylaş: