Göygöldə itkin düşən yeniyetmə tapılıb - YENİLƏNİB

img

Göygöldə itkin düşən yeniyetmə tapılıb.

 

Bu barədə Rezonans.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov bildirib.

 

Onun sözlərinə görə, 2006-cı il təvəllüdlü Həsən Ələsgərli Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Gəncə şəhərində tapılaraq ailəsinə təhvil verilib.

 

10:40***

 

Göygöl rayonunda məktəbli itkin düşüb.

 

Rezonans.az-ın məlumata görə, hadisə sentyabrın 21-i saat 13 radələrində rayonun Çaykənd kəndində qeydə alınıb.

 

Belə ki, 2006-cı il təvəllüdlü Ələsgərli Həsən Əflatun oğlu kənd ərazisində yerləşən, təhsil aldığı Kəlbəcər rayon 58 saylı tam orta məktəbdən dərsdən çıxaraq bir daha geri qayıtmayıb.

 

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbəri paylaş: