ABŞ Ukraynaya sovet tanklarının tədarükü üzərində işləyir

img

ABŞ administrasiyası NATO dövlətlərindən Ukraynaya sovet tanklarının tədarükü üzərində işləyir.

 

Rezonans.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

 

 

Onun sözlərinə görə, ABŞ hakimiyyəti digər silahların tədarükü üzərində də işləyir.

 

“Biz NATO-ya üzv ölkələrdən ukraynalıların təlim keçdiyi sovet dövründən qalma tanklara malik tankların təhvil verilməsini asanlaşdırdıq, bu işləri davam edəcəyik”, - Sullivan CBS telekanalında deyib.

 

Onun sözlərinə görə, ABŞ hakimiyyəti Ukraynaya hava hücumundan müdafiə sistemləri, yüzlərlə artilleriya qurğusu və mərmi də daxil olmaqla 15 milyard dollar dəyərində silah verib.

Xəbəri paylaş: