İrandakı etirazlarda ölənlərin sayı 55-ə çatıb - YENİLƏNİB

img

İrandakı etirazlarda ölənlərin sayı 55 nəfərə çatıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Mərkəzi məlumat yayıb.

 

Təşkilat etiraz aksiyalarında ölən 55 nəfərin adını açıqlayıb.

 

***

İranda aksiyalar zamanı daha 10 nəfər həlak olub.

 

Rezonans.az xəbər verir ki, bu barədə İrana məxsus teleqram kanalları məlumat yayıb.

 

Bildirilib ki, polis əməkdaşları etirazçılara atəş açıb. Nəticədən onlardan bir neçəsi ölüb. Yaralılar barədə hələlik xəbər verilməyib. Ümumilikdə ölənlərin sayı 40-dan çoxdur.

 

Qeyd edək ki, sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada ölməsi İranda genişmiqyaslı etirazlara səbəb olub.

Xəbəri paylaş: