Pakistana 2 milyard dollar yardım

img

Dünya Bankı daşqınlardan zərər çəkən Pakistana 2 milyard dollar yardım edəcəyini açıqlayıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə Dünya Bankının Cənubi Asiya Regionu üzrə vitse-prezidenti Martin Raiser bildirib.

 

 

O, Pakistanda verdiyi açıqlamada sel fəlakəti nəticəsində insan itkisinə görə son dərəcə təəssüfləndiyini bildirib.

 

Dünya Bankı rəsmisi daşqınlardan ən çox zərər çəkənlərə təcili yardım göstərmək üçün federal və əyalət hökumətləri ilə birlikdə çalışdıqlarını ifadə edib.

 

İyunun 14-dən bəri Pakistanda musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində 1600-dən çox insan həyatını itirib.

Xəbəri paylaş: