Sahibə Qafarova Rusiyaya rəsmi səfərə dəvət edildi

img

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı Moskvaya rəsmi səfərə dəvət edib.

 

Rezonans.az Rusiya mətbuatına istinadən xəbər verir ki, spikerin Rusiyaya səfəri ilin sonuna qədər baş tuta bilər.

 

"Azərbaycana səfərə dəvət etdiyinizə görə təşəkkür edirəm. İlin sonuna qədər sizi cavab səfəri ilə gözləyirik. Parlamentlərarası əməkdaşlığın yeni formatlarının müzakirəsi düzgün olardı. Hazırlanmış sazişin imzalanmasını başa çatdırmaq üçün sizi Rusiyada gözləyirik”, - deyə Volodin bildirib.

 

Qeyd edək ki, bu gün Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana səfərə gəlib. O, səfər zamanı Milli Məclisin sədri Sahibə Qafarova ilə görüş keçirib.

Xəbəri paylaş: