Adil Əliyev vətəndaş qəbulu keçirib

img

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev sentyabrın 26-da Milli Məclisdə şəhid ailələrini, qaziləri və vətəndaşları qəbul edib.


Rezonans.az xəbər verir ki, qəbul zamanı vitse-spiker Adil Əliyev sentyabrın 27-nin Anım Günü olduğunu qeyd edərək, şəhidlərimizin müqəddəs ruhunu yad edib, şəhid ailələrinə Allahdan bir daha səbr, qazilərimizə şəfa diləyib. O, igid əsgərlərimizin qəhrəmanlığı və şəhidlərimizin fədakarlığı nəticəsində tarixi torpaqlarımızın düşmən işğalından azad edildiyini, şanlı üçrəngli bayrağımızın vətən göylərində qürurla dalğalandığını bildirib.


Qəbulda vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən məsələlərlə bağlı aidiyyəti orqanlara sorğular ünvanlanıb, bir qismi isə yerində həll olunub.

Xəbəri paylaş: