MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri Moskvada toplaşacaq

img

Sentyabrın 30-da Rusiyanın paytaxtı Moskvada MDB-yə üzv ölkələrin təhlükəsizlik və kəşfiyyat orqanlarının rəhbərlərinin müşavirəsi keriləcək.

 

Rezonans.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosudan bildirilib.

 

Məlumata görə, sentyabrın 30-da MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətlərinin rəhbərlərinin XVIII müşavirəsi keçiriləcək.

 

Toplantıda Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan, Özbəkistan və Rusiya nümayəndələri iştirak edəcək.

 

İclasdan əvvəl-sentyabrın 29-da Rusiya Prezidenti Vladimir Putin MDB-yə üzv ölkələrin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərləri ilə videokonfrans formatında müşavirə keçirəcək.

Xəbəri paylaş: