Yunanıstan XİN başçısı İrəvana gəlir

img

Yunanıstan xarici işlər naziri Nikos Dendias sentyabrın 27-də İrəvana səfər edəcək.

 

Rezonans.az xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Dendias Ermənistanın Baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, müdafiə naziri Suren Papikyanla görüşəcək.

 

Görüşlərdə ikitərəfli, regional və beynəlxalq maraq doğuran məsələlər, Qafqaz və Şərqi Aralıq dənizindəki vəziyyət müzakirə olunacaq.

Xəbəri paylaş: