Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Anım günü ilə əlaqədar tədbir keçirilib

img

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 27 sentyabr Anım günü ilə əlaqədar keçirilən tədbir şəhidlərimizin xatirəsinin  bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.


Rezonans.az xəbər verir ki, mərkəzin direktoru Qalib Nəbiyev tədbiri giriş sözü ilə açmış, II Qarabağ müharibəsinin ölkəmizin parlaq qələbəsi ilə başa çatmasının və ordumuzun Zəfər uğrunda mübarizəsinin Azərbaycan üçün əvəzediməz hadisə olduğunu vurğulayıb.


Təhsil mərkəzinin müharibədə iştirak etmiş müəllim və tələbələri  iştirakçısı olduqları döyüşlər, şəhid olmuş döyüş yoldaşları haqqında məlumat vermiş, onların qəhrəmanlıqlarından danışmış, şəhid ailələrinə, müharibə iştirakçıları və qazilərə dövlət tərəfindən göstəilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.


Sonda “ Müzəffər əsgərimiz ” adlı filmə baxış keçirilmişdir.



Xəbəri paylaş: