Bakıda 171 avtobus tıxaca görə gecikir

img

Bakı Nəqliyyat Agentliyinin Vahid Dispetçer Xidmətinin bu gün axşam pik saatlarına olan məlumatına əsasən, paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 75 müntəzəm marşrut xətti üzrə 171 avtobusun hərəkət intervalında gecikmələr var.

 

Bu barədə Rezonans.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

 

Həmin istiqamətlər aşağıdakılardır:

 

- Bakı-Sumqayıt şossesi - Moskva prospekti – Tbilisi prospekti şəhər istiqamətində və əks istiqamətdə 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-23 dəqiqə gecikmə müşahidə olunur.

 

-Həsən bəy Zərdabi küçəsi - 20 Yanvar dairəsi istiqamətində 7B, 9, 14, 18, 29, 165, 194, 205 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-21 dəqiqə gecikmə müşahidə olunur.

 

-Akademik Həsən Əliyev küçəsi - hər iki istiqamətdə 6, 13, 61 və 83 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-18 dəqiqə gecikmə müşahidə olunur.

 

-Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 16-25 dəqiqə gecikmə müşahidə olunur.

 

-Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 13, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-20 dəqiqə gecikmə müşahidə olunur.

intervallarda 14-25 dəqiqə gecikmə müşahidə olunur.

 

-Yavər Əliyev küçəsindən keçən 3,24, 35, 40, 49, 76, 78, 208, 209 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 16-26 dəqiqə gecikmə müşahidə olunur.

 

-Kövkəb Səfərəliyeva küçəsi və Puşkin küçəsi Üzeyir Hacıbəyov küçəsi ilə kəsişməyə qədər olan hissəsində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49, 88, 175, nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 17-27 dəqiqə gecikmə müşahidə olunur.

Xəbəri paylaş: