Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin hərrac vasitəsilə satışı qaydası təsdiq edilib.
Rezonans.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qayda Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Xocasən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalarda yerləşən mənzillərin açıq auksion formasında keçirilən hərrac vasitəsilə satışı qaydasını müəyyən edir. Mənzillərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytı vasitəsilə onlayn qaydada satılması mümkün olmadıqda onların satışı hərrac vasitəsilə həyata keçirilir. Mənzillərin hərrac vasitəsilə satışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən təşkil edilir.
Mənzillərin hərracda satılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mənzillərə dair Qaydada nəzərdə tutulmuş məlumatları təqdim etməklə, Təşkilatçıya müraciət edir və onunla hərracın təşkilinə dair müqavilə bağlayır. Təşkilatçı hərraca hazırlıqla bağlı aşağıdakı tədbirləri görür:
- bu Qaydaya uyğun olaraq hərrac gününə ən azı 30 gün qalmış hərrac haqqında məlumat verir;
- hərracda iştirak etmək istəyən şəxslərdən sifarişləri və ona əlavə olunmuş sənədləri elektron qaydada və ya kağız daşıyıcıda qəbul edir, onların qeydiyyatını aparır;
mənzilin başlanğıc qiymətinin 5 faizi məbləğində hesablanan behin məbləğini və onun köçürülməsi üçün müvafiq bank hesabını, hərracın qalibinin müəyyənləşdirilməsi barədə məlumatları əks etdirən hərracın keçirilməsinə dair bildiriş dərc etdirir.
qaldıraraq münasibətini bildirmədikdə, hərrac başa çatmış hesab edilir. Ən yüksək qiyməti təklif etmiş iştirakçı hərracın qalibi sayılır. Başlanğıc qiymət üç dəfə elan olunduqdan sonra iştirakçılardan heç biri biletini qaldırmadıqda, hərrac baş tutmamış hesab olunur.
mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və dövlət reyestrindən elektron çıxarış rəsmiləşdirilir.
Təşkilatçı hərracın nəticələri haqqında məlumatı hərracın keçirildiyi gündən 15 iş günü müddətində mediada dərc (elan) etdirir və özünün rəsmi internet səhifəsində yerləşdirir.










