
Ağstafada məktəbli vəfat edib.
Rezonans.az "Qafqazinfo"ya istinadən məlumat verir ki, rayon sakini, 1 nömrəli məktəbin 10-cu sinif şagirdi 2007-ci il təvəllüdlü Fariz Qasımovun tənəffüsdə halı pisləşib. Məktəbli xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.