
Sentyabrın 29-da saat 1 radələrində Masallı rayonunun Boradigah qəsəbəsi ərazisində Lənkəran şəhər sakini Ə.Qasımov idarə etdiyi “Renault” markalı avtomobili çaya aşırıb.
Daxili İşlər Nazirliyindən (DİN) Rezonans.az-a verilən məlumata görə, nəticədə avtomobildəki sərnişinlər - Lənkəran şəhər sakinləri Bəhram Məmmədzadə və Zaur Əlizadə hadisə yerində ölüblər.
Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.