Yolu keçmək istəyən piyadaları maşın vurdu

img

Ötən gün 2 piyada ölümü qeydə alınıb.

 

Daxili İşlər Daxili İşlər Nazirliyindən (DİN) Rezonans.az-a verilən məlumata görə, hadisələrdən ilki sentyabrın 28-də saat 8 radələrində Nizami rayonunun Babək prospektində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini P.İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Mahirə Allahverdiyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
       

Analoji hal sentyabrın 28-də saat 20 radələrində Qəbələ rayonunun Zarağan kəndi ərazisində baş verib. Rayon sakini C.Ağababayev idarə etdiyi “Ford Transit” markalı avtomobillə yolu keçən Dızaxlı kənd sakini Mirzəsöyün Cəlilovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

 

Hər iki faktla bağlı rayon polis şöbələrində araşdırma aparılır.

Xəbəri paylaş: