Qazax polisi Daxili Qoşunların şəhid hərbi qulluqçularının məzarını ziyarət edib

img

Qazax Rayon Polis Şöbəsinin rəhbərliyi və əməkdaşları işğal altında olan torpaqlarımızın azadlığı uğrunda aparılan Vətən müharibəsində mərdliklə vuruşaraq şəhidlik zirvəsinə ucalan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəhid hərbi qulluqçuları Sərxan Abdullayev və İsmayıl Qəssabovun məzarını ziyarət ediblər.


Rezonans.az xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, məzarları önünə gül dəstələri qoyulub və ruhuna dualar oxunub. 

Daha sonra isə şəhidlərimizin yaşadıqları ünvanda olan qonaqlar onların keçdikləri döyüş yolundan, göstərdikləri şücaət və qəhrəmanlıqlardan danışıblar. Bildirilib ki, şəhidlərimizin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq və heç bir zaman unudulmayacaq.


Xəbəri paylaş: