Bayrağımıza qarşı hörmətsizlik edən şəxsin kimliyi müəyyənləşdi

img

Sosial şəbəkələrdə Bərdə rayonunda Azərbaycan bayrağına qarşı hörmətsizlik edən şəxsin görüntüləri yayılıb.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Rezonans.az-a bildirib ki, qeyd edilən görüntülərlə əlaqədar Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb.

 

Hadisəni törədən şəxsin kimliyi polis əməkdaşları tərəfindən müəyyən edilib.

 

Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xəbəri paylaş: