
Daxili İşlər Nazirliyi (DİN) Milli Şuranın üzvü Tofiq Yaqublu saxlanılması ilə bağlı açıqlama yayıb.
DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Rezonans.az-a bildirib ki, Tofiq Yaqublu razılaşdırılmayan aksiyaya çağırış etdiyinə görə saxlanılıb.
DİN rəsmisinin sözlərinə görə, hazırda müvafiq araşdırma aparılır:
"Araşdırma başa çatan kimi sərbəst buraxılacaq".