ATƏT missiyası Ermənistan-Azərbaycan sərhədinə göndərilə bilər

img

Fransanın xarici işlər naziri Ketrin Kolonna və ATƏT-ə sədrlik edən Polşanın xarici işlər naziri Zbiqnev Rau arasında telefon danışığı olub.

 

Rezonans.az xəbər verir ki, məlumatı Fransa tərəfi yayıb.

 

Bildirilir ki, telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədində baş verən son toqquşma barədə fikir mübadiləsi aparılıb.

 

Nazirlər ATƏT missiyasının Ermənistan-Azərbaycan sərhədindəki münaqişə zonasına göndərilməsi imkanlarını müzakirə ediblər.

Xəbəri paylaş: