TƏBİB yanğında xəsarət alanlar haqda məlumat yaydı

img

Xətai rayonunda baş verən yanğınla əlaqədar əraziyə TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb edilib.

 

Bu barədə Rezonans.az-a TƏBİB-dən məlumat verilib.

 

Bildirilib ki, hadisə nəticəsində 21 (10-u kişi, 11-i qadın, 2-si uşaq olmaqla) nəfərdən 19-na yerində yardım edilib.İki nəfər isə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə yerləşdirilib.

 

Hazırda onların müalicəsi davam edir.

Xəbəri paylaş: