"Oxbridge Academy" məktəbinin bir qrup şagirdi Qobustan Milli Tarix-Bədii Qoruğunda "Mənim də artıq bir ağacım var" devizi altında təşkil olunmuş ağacəkmə aksiyasında iştirak edib.
Rezonans.az xəbər verir ki, aksiya çərçivəsində ərazidə iməclik həyata keçirilib.
Sonra Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev aksiyada fəal iştiraklarına görə şagirdlərə təşəkkür edib.
Şagirdlərə Qobustan Milli Tarix-Bədii Qoruğunun adından təşəkkürnamələr təqdim olunub.












