Türkiyədə ağır qəza - 25 nəfər yaralandı

img

Türkiyənin Şanlıurfa bölgəsində ağır yol-nəqliyyat qəzası baş verib.

 

Rezonans.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

 

Qəza zamanı yük maşını və mikroavtobus yoldan çıxıb və dərəyə aşıb. Hadisə nəticəsində 25 nəfər yaralanıb.

 

Hadisə yerinə xilasetmə hissələri göndərilib. Qəza ilə bağlı araşdırma aparılır.

Xəbəri paylaş: