Almaniyanın müdafiə naziri Ukraynaya gizli səfər edib

img

Almaniyanın müdafiə naziri Kristina Lambrext gizli səfərlə Ukraynaya gəlib.

 

Rezonans.az xəbər verir ki, bu barədə "Die Welt" nəşri yazıb.

 

Lambrext Odessada ukraynalı həmkarı Aleksey Reznikovla görüşüb.

 

Səfər zamanı o, yaxın günlərdə Ukraynaya "İris-T SLM" hava hücumundan müdafiə sistemləri tədarük ediləcəyinə söz verib.

 

Nazir Almaniyanın "vacib infrastrukturun" qorunmasına kömək edəcəyini vurğulayıb.

Xəbəri paylaş: