Türkiyənin Bursa şəhərində ət deposu yanıb.
Rezonans.az xəbər verir ki, güclü yanğın gecə saatlarında başlayıb.
Yanğın o qədər güclü olub ki, şəhərin bütün nöqtələrindən görünüb.
Hadisə yerinə xeyli sayda yanğınsöndürən cəlb edilib.
Hələlik alovu tam söndürmək mümkün olmasa da, onu lokallaşdırmaq və nəzarət altına almaq mümkün olub.
Faktla bağlı araşdırma aparılır.










