Türkiyədə İŞİD üzvləri qandallandı

img

Türkiyədə İŞİD terrorçularına qarşı əməliyyat keçirilib.

 

Rezonans.az xəbər verir ki, Sakarya bölgəsində Türkiyə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində 3 nəfər saxlanılıb.

 

Onlardan 2-i həbs edilib. Bir nəfər isə müvəqqəti olaraq sərbəst buraxılıb.

 

Saxlanılan şəxslərin Suriyada bir sıra terror aktlarında iştirak etdiyi vurğulanıb.

Xəbəri paylaş: