Ukraynada erməniəsilli komandir məhv edildi

img

Ukraynada gedən müharibədə Rusiya qoşunlarının tərkibində döyüşən erməniəsilli komandir Xaçatur Matevosyan məhv edilib.

 

Rezonans.az xəbər verir ki, bu barədə “senzor.net” saytının baş redaktoru, hərbi ekspert Yuri Butusov feysbuk hesabında yazıb.

 

O qeyd edib ki, hadisə sentyabrın 30-da Xarkov vilayətinin Kupyansk rayonunda baş verib.

 

X.Matevosyan Rusiya Silahlı Qüvvələrinin 200-cü motoatıcı briqadasının snayper bölüyünün komandiri olub. Ukrayna ordusunun 92-ci mexanikləşdirilmiş briqadası onunla yanaşı, daha 4 snayperi zərərsizləşdirib.

Xəbəri paylaş: