Rusiyadan Ukraynaya keçmək istəyən azərbaycanlılar öldürüldü

img

Ukrayna-Rusiya sərhədində azərbaycanlıların olduğu avtobus atəşə məruz qalıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə vəkil Aqil Layıc öz feysbuk hesabında məlumat paylaşıb.

 

O bildirib ki, içərisində çoxsaylı sərnişinlərin olduğu avtobus Xerson istiqamətində vurulub. Atəşin Rusiya Silahlı Qüvvələri mənsubları tərəfindən açıldığı qeyd edilib.

 

Hadisə nəticəsində avtobusdakı şəxslərin həlak olduğu bildirilib. Onların 4-ü Zərdab rayonunun Məmmədqasımlı kənd sakinləridir.

 

Məlumata görə, Rusiya-Ukrayna sərhədindən qarşı tərəfə keçmk istəyən şəxslər Rusiyadakı qismən səfərbərliklə əlaqədar bu ölkəni tərk etmək niyyətində olublar.

 

Hadisə barədə Azərbaycanda dövlət qurumları tərəfindən dəqiqləşdirmələr aparılır, əraflı məlumat veriləcək.

Xəbəri paylaş: