Türkiyədən PKK-ya növbəti ağır ZƏRBƏ

img

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) İraqın şimalında həyata keçirdiyi iki ayrı əməliyyat nəticəsində 6 terrorçunu zərərsizləşdirib.

 

Rezonans.az-ın məlumatına görə, Qara bölgəsində 3, Asos bölgəsində 2 PKK terrorçusu məhv edilib.

 

Eyni zamanda, Türkiyə ordusu Suriyanın şımalında "Sülh bulağı" və "Zeytun budağı" antiterror əməliyyat bölgələrində 6 terrorçunu məhv edib.

 

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, PKK terrorçularının hücumunun qarşısı alınıb. Bölgədə əməliyyatlar davam etdirilir.

Xəbəri paylaş: