Cüdoçumuz DÇ-də mübarizəyə başlayır

img

Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə dünya çempionatı davam edir.

 

Rezonans.az xəbər verir ki, Azərbaycanın daha bir cüdoçusu bu gün mübarizəyə başlayacaq. Məmmədəli Mehdiyev (90 kq) 1/16 final mərhələsində Çristian Parlati (İtaliya) / Aleksander Knauf (ABŞ) cütünün qalibi ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, dünya çempionatında Azərbaycan cüdoçularından hələlik yalnız Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb. Yarışa oktyabrın 13-də yekun vurulacaq.

Xəbəri paylaş: