Şüşəsi sınan təyyarə Bakıya geri qayıtdı

img

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-076 nömrəli İstanbul-Bakı reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən (ön şüşənin çatlaması) uçuş hava limanına qayıtmaq qərarına gəlib.

 

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Rezonans.az-a verilən məlumata görə, təyyarə yerli vaxtla saat 14:50-də İstanbul hava limanına uğurla eniş edib.

 

Bildirilib ki, sərnişinlərin daşınması üçün Bakıdan digər təyyarə yola düşəcək.

Xəbəri paylaş: