İki filial müdirini maşın vurub ÖLDÜRDÜ

img

Mingəçevirdə yol-nəqliyyat hadisəsi zamanı iki piyada həlak olub.

 

Rezonans.az  APA-ya istinadən xəbər verir ki, şəhər ərazisində iki minik avtomobili toqquşub.

 

Qəza zamanı avtomobilllərdən biri yolun kənarına çıxaraq 1963-cü il təvəllüdlü Şamaxı Məmmədova və 1966-cı il təvəllüdlü Xədicə Sultanovanı vurub.

 

Ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən piyadaların həyatını xilas etmək mümkün olmayıb.

 

Həlak olan piyadalar Mingəçevir Şəhər Mərkəzi Kitabxanasının filial müdirləri olub.

Xəbəri paylaş: