"Qarabağ"ın azarkeşləri Avropada beşinci oldu

"Qarabağ"ın azarkeşləri Avropada beşinci oldu

UEFA Avropa Liqasının qrup mərhələsində IV turun oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.

 

Rezonans.az xəbər verir ki, 16 matçda ümumilikdə 400 000-dən çox tamaşaçı iştirak edib.

 

İlk "5-lik"də Bakıda "Qarabağ" və Yunanıstanın "Olimpiakos" komandaları arasında keçirilmiş G qrupunun qarşılaşması da yer alıb. Tofiq Bəhramov adına Respublika stadionundakı görüşü 31 200 tərəfdar izləyib.

 

Ən çox fanat isə "Mançester Yunayted" (İngiltərə) - "Omoniya" (Kipr) oyununda qeydə alınıb. İngiltərədəki matçda 74 310 azarkeş olub.

 

Qeyd edək ki, "Qarabağ" - "Olimpiakos" qarşılaşmasında qalib müəyyənləşməyib - 0:0.

Xəbəri paylaş: