"Mən burada özümü evimdəki kimi hiss edirəm".
Rezonans.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatlarla çıxışı zamanı deyib.
"Yenidən Gürcüstanda olmağımdan çox məmnunam. Cənab Baş nazirlə bizim görüşlərimiz tez-tez keçirilir. Təkcə keçən il cənab Qaribaşvili iki dəfə Azərbaycanda səfərdə olub. Eyni zamanda, beynəlxalq təşkilatların keçirdiyi tədbirlər çərçivəsində də biz daim görüşürük", - dövlət başçısı bildirib.
Prezident İlham Əliyev, həmçinin qeyd edib ki, bugünkü səfər Azərbaycan-Gürcüstan dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək.










