Əsgər avtomatdan açılan atəş nəticəsində ölüb

img

Azərbaycan Ordusunun hərbi qulluqçusu dünyasını dəyişib.

 

Bu barədə Rezonans.az-a Hərbi  Prokurorluqdan məlumat verilib.

 

Bildirilib ki, oktyabrın 24-ü saat 11 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər 1999-cu il təvəllüdlü Kazımov Mayıl Ramiq oğlunun ona təhkim edilmiş avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunda araşdırma aparılır.

Xəbəri paylaş: