
Daxili İşlər Nazirliyinin Polis Akademiyasının əməkdaşları Samux rayonunda IX-XI sinif şagirdləri ilə görüş keçiriblər.
Rezonans.az xəbər verir ki, görüşdə məktəblilər və onların valideynləri, pedaqoqlar və ictimaiyyət nümayəndələri ilə müzakirələr aparılıb. Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət himninin səslənməsi ilə başlayıb.
Çıxış edən DİN-in Polis Akademiyasının nümayəndəsi, polis polkovnik-leytenantı Eldəniz Kazımov bildirib ki, bu tədbirlərin keçirilməsi yeniyetmə və gənclərin təhsilə həvəsləndirilməsi, sağlam həyat tərzinin təbliği, eləcə də onlarda vətənpərvərlik hissinin daha da yüksəldilməsi məqsədini daşıyır. Akademiyaya qəbul, təhsil proqramı və digər zəruri məlumatlar verildikdən sonra şagird və müəllimləri maraqlandıran suallar cavablandırılıb.