Azərbaycan-Macarıstan hərbi əməkdaşlığı müzakirə edildi

img

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyədə işgüzar səfəri davam edir.

 

Bu barədə Rezonans.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Macarıstanın müdafiə naziri cənab Kristof Szalay-Bobrovnicski ilə görüşüb.


Görüşdə ölkələrimiz arasında birgə hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Xəbəri paylaş: