
Lerik Rayon Mərkəzi Xəstəxanasında intihar hadisəsi baş verib. Xəstəxanada anbardar işləyən Orucəli Baxışov xidməti otağında özünü asaraq öldürüb.
Hadisə ilə bağlı Rezonans.az-a açıqlama verən Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Maqsud Ağayev Orucəli Baxışovun ailə münaqişəsi zəminində intihar etdiyini bildirib.
"Orucəli sakit təbiətli işçi olub. Həyat yoldaşının ona xəyanət etməsindən şübhələnirdi. Onun bu səbəbədən intihar etdiyi deyilir. İşlə bağlı heç bir problemi olmayıb”,- deyə baş həkim vurğulayıb.
Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.