“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov kollektivə təqdim olunub.
Rezonans.az-ın məlumatına görə, onu kollektivə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev təqdim edib.
Qeyd edək ki, oktyabrın 26-da Prezident İlham Əliyevin imzaladığı sərəncamla Rövşən Mürvət oğlu Rüstəmov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri təyin edilib.