Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 49 yeni yoluxma faktı qeydə alınıb, 40 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Rezonans.az-a verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxmış 1 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 823 149 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 889 nəfər müalicə olunaraq sağalıb, hazırda 317 aktiv xəstə var. Bu günə qədər 9943 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1766, ümumilikdə 7 315 522 test icra olunub.