"Azərbaycan və Ermənistan arasında münaqişə yalnız sülh yolu ilə, siyasi-diplomatik vasitələrlə həll edilməlidir".
Rezonans.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında bildirib.
"Sessiya zamanı 2022-ci il sentyabrın 15-də Ermənistana göndərilmiş KTMT Missiyasının işinin nəticələri müzakirə edilib. Sessiya iştirakçıları qarşısında çıxış edən Qazaxıstan prezidenti qeyd edib ki, münaqişə yalnız sülh yolu ilə və siyasi yolla həll edilməlidir”, – Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.