Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti sammiti noyabrda keçiriləcək.
Rezonans.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat verib.
Gələn aya planlaşdırılan sammitdə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə olunacaq.
Qeyd edək ki, bu gün Ermənistanın təşəbbüsü ilə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçirilib.